» » Proqramçılar günü

Proqramçılar günü
Proqramçılar günü


15 iyul 1996-cı ildə Kompüter nəşriyyat evinin rəhbəri Dmitriy Menderlyuk (Dmitry Menderlyuk) hər ilin 256-cı gününün Proqramçı günü (Programmer Day) kimi qeyd olunması ideyasını vermişdir. Bayram üçün məhz bu ədəd (256=28 ) ona görə seçilmişdir ki, o, səkkizmərtəbəli baytla göstərilə biləcək ədədlərin maksimal sayıdır və ilin günlərinin sayı olan 365-dən kiçik olan 2-nin ən böyük qüvvətidir. Proqramçılar günü bir "bayt" ın sahib ola biləcəyi 256 fərqli dəyərin tapılması səbəbiylə ilin 256-cı günü (normalda 13 sentyabr, artıq illərdə yəni fevral 29 gün olduğu illərdə 12 sentyabr) qeyd olunması təklif edilən gündür. programmerday.info saytının logosunda onlu sistemdə 255′e bərabər olan 1111 1111-in olması, bu ədədin "256-cı dəyər" i təmsil etməsiylə açıqlanır.

"Programmer day" in azərbaycanca qarşılığı "proqramçı günü" də ola bilər, amma Azərbaycanda "müəllimlər günü", "jurnalistlər günü" və s. qeyd edildiyinə görə, "proqramçılar günü" olaraq tərcümə etmək daha doğru olar.

Bunlardan başqa digər maraqlı bir məlumat isə Rusiyada bu günün rəsmi tətil günü elan edilməsidir. dle 11.0

{poster_avatar}  kazimlianar
16 13.09.20


  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
dle, neopozn.com