» » Öyrənilməsi ən çətin və qəribə olan 5 proqramlaşdırma dili

Öyrənilməsi ən çətin və qəribə olan 5 proqramlaşdırma dili
Öyrənilməsi ən çətin və qəribə olan 5 proqramlaşdırma dili


Bu işə yeni başlayanlar üçün əsas məsələ hansı proqlaşdırma dillərini öyrənməli olduqlarını bilməkdir. Hər kəs qısa müddətdə öyrənə və tətbiq edə biləcəyi bir proqramlaşdırma dilini öyrənmək istəyir. Lakin biz bu gün əksini edərək ən çətin öyrənilə biləcək proqramlaşdırma dillərindən danışacağıq.



BrainFuck
Elə dilin adından yəqin ki, necə problemli olduğunu anlamışsınızdır. Urban Müller tərəfindən 1993-cü ildə hazırlanan bu proqramlaşdırma dilinin ən kiçik ölçülü kompilyator olması nəzərdə tutulmuşdu. Yalnız 8 simvolu olan bu proqramlaşdırma dili sadə bir maşın model ilə işləyir.

BrainFuck dilini təşkil edən həmin 8 simvol bunlardır

><+-.,][

Cow
Bəli, Cow. Azərbaycan dilinə tərcümədə olduğu kimi bildiyimiz dörd ayaqlı inək.

Bu proqramlaşdırma dilində Moo sözünün müxtəlif variasiyalarından istifadə olunur və bu variasiyaların hər biri simvol olaraq xidmət edir.

Simvollar əvəzinə Moonun müxtəlif şəkillərindən istifadə olunduğu üçün bu dili yazarkən boşluq qoyub qoymamanız, yeni sətrə keçib keçməməniz bir o qədər də fərq etmir.



Intercal
Proqramistləri bəzən sevindirən, bəzən isə məyus edən bir dildir. Dəqiq olan tək şey isə onun bu günə qədər hazırlanan ən nəzakətli proqramlaşdırma dili olmasıdır.

Intercal proqramistlərin könlünü xoş tutmaq üçün müxtəlif ifadələrdən istifadə edir. Bunlar daha çox Xahiş edirəm, Problem yoxdur kimi ifadələrdir. Təbii ki, proqramlaşdırma dilinin tərtib olunması prosesində verdiyi reaksiyalar da qəribədir. Əgər Script daxilində Pleasedən kifayət qədər istifadə olunmayıbsa xəta verə bilər. Məsələn,



DO ,1 <- #13

PLEASE DO ,1 SUB #1 <- #238

DO ,1 SUB #2 <- #108

DO ,1 SUB #3 <- #112

DO ,1 SUB #4 <- #0

DO ,1 SUB #5 <- #64

DO ,1 SUB #6 <- #194

DO ,1 SUB #7 <- #48

PLEASE DO ,1 SUB #8 <- #22

DO ,1 SUB #9 <- #248

DO ,1 SUB #10 <- #168

DO ,1 SUB #11 <- #24

DO ,1 SUB #12 <- #16

DO ,1 SUB #13 <- #162

PLEASE READ OUT ,1

PLEASE GIVE UP



Whitespace
Whitespace digərləri kimi köhnə bir proqramlaşdırma dili deyildir. 1 aprel 2003-cü ildə yayımlanan bu proqramlaşdırma dili ilk öncə hər kəs tərəfindən zarafat olaraq qəbul olunsa da, elə deyildi. Təxmin etdiyiniz kimi Whitespace sadəcə boşluqlardan ibarət olan bir dildir.



Chef
Chef-in ana səhifəsində qeyd edilən prinsiplərə əsasən, bu proqramlaşdırma dili;



Proqram nəticələri həmişə etibarlı olmaya bilər, lakin hazırlamaq asandır.

Tariflər müxtəlif büdcələrlə tətbiq oluna bilər.

Tariflər metrik ola bilər, amma hazırlanarkən ənənəvi ölçü vahidləri istifadə edilməlidir.
dle 11.0

{poster_avatar}  kazimlianar
13 13.09.20


  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
dle, neopozn.com