» » WordPress-in biznesiniz üçün mənfi və müsbətləri

WordPress-in biznesiniz üçün mənfi və müsbətləri
WordPress-in biznesiniz üçün mənfi və müsbətləri


Yəqin ki, aranızda WordPress haqqında eşitməyən kəs qalmayıb. Hazırda dünyada milyonlarla aktiv WordPress vebsaytı var və bu rəqəmlər hələ də yüksəlməkdə davam edir.

Bəs WordPress sizin üçün nə qədər uyğundur?

WordPress-in istifadəsinin kifayət qədər rahat olmasına baxmayaq, bu vəziyyət sizin ehtiyaclarınızdan asılı olaraq dəyişə bilər.

Bu məqalədə WordPress-in dezavantajları, mənfi cəhətləri haqqında danışacağıq.



SÜRƏT
Google axtarış nəticələrinə təsir edən məqamlardan biri də vebsaytın açılma sürətidir.

Təəssüf ki, bu barədə WordPress cəbhəsində xəbərlər bir o qədər də ürəkaçan deyil. Hər hansı bir developer tərəfindən yazılan saytla WordPress saytı arasında fərqliliklər vardır. Developerlər lüzumsuz, gərəkli olmayan kodlardan istifadə etmədikləri üçün bu, sürət baxımından daha qənaətbəxşdir. Struktura bağlı olaraq, WordPress-də kodların sayı kifayət qədər çoxdur və bütün bu kodlar hər kəs üçün lazımlı deyil. Sadə saytlar üçün daha uyğun platformadır.

Gərəksiz və heç vaxt istifadə etməyəcəyiniz kodlar saytınızın sürətini aşağı salır!



E-TİCARƏT
WordPress-lə istənilən tərzdə vebsayt yarada bilərsiniz. Lakin yadda saxlamalısınız ki, hər platformanın daha uğurlu olduğu bir kateqoriya var və e-ticarət WordPress-in ən güclü tərəfi deyil.

Təbii ki, WordPress-lə e-ticarət saytı qurmaq istəsəniz qarşınızda heç bir əngəl olmayacaq. İlk əvvəllər e-ticarət saytı və uğurlu bir plug-in kifayətdir. Əlbəttə, hər şey bu qədər sadə deyil.

E-ticarət platformalarını daha uğurlu edən xüsusi hesabat alətləri mövcuddur. Daha dəqiq desək, idarə panelindəki müştəri hesabatları, maliyyə, üzvlük məlumatları, ödəmə seçimləri, marketinq təklifləri platformaları yaxşı mənada fərqləndirən xüsusiyyətlərdir.



TƏHLÜKƏSİZLİK
WordPress-in digər bir mənfi cəhəti təhlükəsizlik məsələləridir. WordPress açıq mənbə olduğuna görə təhlükəsizlik tərəfdən daha etibarsız hesab olunur. Xaker hücumuna cəhd etmək istəyən şəxslər strukturu yaxşı bilə bilərlər.



WordPress biznesiniz üçün büdcə baxımından sərfəli seçimdir. Lakin xüsusi olaraq hazırlanmış vebsaytlar asanlıqla interaktiv veb portalların dərc edilməsi üçün tək mükəmməl seçimdir. Vebsaytınızdakı alternativ çoxluğundan, çeviklikdən və özəlləşdirmədən həzz ala bilərsiniz! dle 11.0

WordPress
{poster_avatar}  kazimlianar
30 11.09.20


  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
dle, neopozn.com