» » 7 maddədə sosial mediada edilən yanlışlar

7 maddədə sosial mediada edilən yanlışlar
7 maddədə sosial mediada edilən yanlışlar


Haştaqdan artıq istifadə: Daha çox insanı cəlb edə biləcəyi düşünülərək yazılan lazımsız taqlar istifadəçilərdə heç də xoş olmayan təəssüratlar yaradır. Hətta bir-birilə əlaqəsiz taqlardan istifadə edənlər də var. Bunun ən böyük yanlış olduğu hesab edilir. Taqlar məzmuna uyğun və lazım olduğu qədər istifadə edilməlidir.



Avtomatik DM: Təəssüf ki, hələ də istifadə edənlər var. Robot olmaqdan çəkinin. İnsanlar indi fərdi mesajlardan zövq alırlar. Avtomatik mesajlar insanlar tərəfindən oxunmur, hətta onlarda marka və ya əlaqəli müəssisəyə qarşı antipatiya yaradır.



Bütün platformalara eyni yanaşmaq: Hər bir platforma fərqli məqsədə sahibdir. Məsələn, Twitter-də daha çox şəkil paylaşarkən, Instagram-da mətnlər paylaşmaq istifadə məqsədinə zidd ola bilər. Bu, müvafiq paylaşımların trafikinin azalmasına səbəb olur.



Çox sıx və ya çox az paylaşım: Bir-birinə zidd görünsə də, sosial media ikisini də yanlış hesab edir. Çox az paylaşım edilməsi markanızın mövcudluğunu unutdurur. Tez-tez edilən paylaşımların isə izlənməsi çətindir və bəzən istifadəçiləri yoraraq markanızda spam görüntüsü yaradır. İzləyiciləri yaxşı analiz etmək və buna uyğun saat və ölçülərdə paylaşım etmək sizə ən mükəmməl nəticəni verəcək. Çünki biz izləyiciləri tanımırıqsa, onlara çatmaq mümkün olmayacaq.



Saxta izləyicələr satın almaq: Markanıza dəyər qatan hər zaman real istifadəçilərdir. İzləyicilərinizin sayının çox olması marka imicinizə müsbət təsir edirmiş kimi görünə bilər, lakin kifayət qədər bəyənmə, şərh almaqdıqda bu, real izləyicilərinizdə də mənfi bir iz qoyacaq.



Uzun mətnlər: Sosial mediada hər gün yüzlərlə məzmun görürük və təbii ki, onların hər birini oxumağımız mümkün olmur. Bu vəziyyəti nəzərə alsaq, markaların qısa və öz məzmunlu paylaşımları daha müsbət nəticə verə bilər.



Orijinal məzmundan istifadə: Uğurlu məzmunun göstəricisi hər zaman özünüz olduğunuzu istifadəçilərə hiss etdirmək və aranızda o güvəni yaratmağınızdır. Orijinal olmamaq istifadəçi tərəfindən təqlid kimi qəbul edilir. dle 11.0

{poster_avatar}  kazimlianar
7 15.09.20


  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
dle, neopozn.com